Bakıda Azərbaycan və Almaniya Milli Antidopinq Agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Memorandumu AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə və Almaniya Milli Antidopinq Agentliyinin İcraiyyə Şurasının sədri Lars Mortsiefer imzalayıblar.
Memorandumun məqsədi AMADA-nın Ümumdünya Antidopinq Məcəlləsinə və Beynəlxalq Standartlara uyğun fəaliyyətini təkmilləşdirmək üçün nəticələrin emalı, təhqiqat, tibb, testetmə, təhsil və digər sahələrdə Almaniya Milli Antidopinq Agentliyi ilə təcrübə mübadiləsi, birgə konsultasiyaların həyata keçirilməsi və hər iki qurumun əməkdaşlarından ibarət işçi qruplarının yaradılması və sair kimi istiqamətlərdən ibarətdir.
Gələcəkdə bu Anlaşma Memorandumu əsasında müxtəlif sahələri əhatə edən ikitərəfli müqavilələrin imzalanması da nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə