İngiltərənin “Vulverhempton” klubunun yeni baş məşqçisi bəlli olub. SİA klubun saytına istinadən xəbər verir ki, bu vəzifə portuqaliyalı baş məşqçi Vitor Pereyraya həvalə olunub. O, bu posta istefaya göndərilən Qari Onili əvəzləyib. 56 yaşlı məşqçi ilə 2025/2026 mövsümünə qədər 18 aylıq müqavilə imzalanıb. Qeyd edək ki, Pereyra karyerası ərzində “Fənərbaxça”, “Olimpiakos”, “Əl-Əhli”, “Portu” kimi klubları çalışdırıb. Onun son iş yeri isə “Əl-Şabab” olub.
Bütün xəbərlər Facebook səhifəmizdə