Türkiyənin “Qalatasaray” klubunun prezidenti Dursun Özbək klubun yeni il tədbirində Azərbaycan xalq mahnısı “Sarı Gəlin”i ifa edib. SİA bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Özbəyin ifası qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Xatırladaq ki, bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Ərzurumda gənclərlə görüşündə müğənni Ferhat Göçerin “Sarı Gəlin”i ifası zamanı onu müşayiət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə