Azərbaycan futzal millisi doğma meydanda İsveçlə heç-heçə edib

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində ilk oyununa çıxıb.

SİA xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi komanda doğma meydanda İsveç seçməsini qəbul edib. Bakı İdman Sarayında reallaşan görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Azərbaycan millisinin heyətində qolları Oqtay Rüstəmli (2 qol) və Xəzər Ağalızadə vurublar.

Qarşılaşmanı qazaxıstanlı hakimlər - Aslan Qalayev, Turexan Tursumbayev və Nurlibek Kalimaqanbetov idarə ediblər.

Qeyd edək ki, İsveç millisi ilk matçında evdə Yunanıstana 1:4 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə