Bakıda üzgüçülük üzrə “Parlaq Ulduz” Uşaq Liqasının III final mərhələsi start götürəcək. SİA Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 200-ə yaxın idmançı mübarizə aparacaq.
Bakı Su İdman Sarayında bir gün davam edəcək “Parlaq Ulduz” Uşaq Liqasının final mərhələsinin qalibləri diplom və medallarla təltif olunacaqlar. Həmçinin ən yüksək xal toplayan üzgüçülər Bakı şəhər yığmasının tərkibinə daxil ediləcəklər.
Qeyd edək ki, dekabrın 28-də "Parlaq Ulduz" turniri Azərbaycan Üzgüçülük Federasiyasının, Bakı şəhəri Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə