Mbappe Çempionlar Liqasının tarixinə düşüb

Mbappe Çempionlar Liqasının tarixinə düşüb

"Real Madrid”in hücumçusu Kilian Mbappe Çempionlar Liqasının tarixinə düşüb. SİA xəbər verir ki, o, turnirin təsnifat mərhələsi nəzərə alınmadan 50 qol həddinə çatan 9-cu futbolçu olub. Kilian buna 25 yaş 356 günlüyündə, turnirin 6-cı turunda “Atalanta” ilə oyunda nail olub. Forvard “Real”dan əvvəl “Monako” və PSJ-nin heyətində də Çempionlar Liqasının əsas mərhələsində qol vurub.

Qeyd edək ki, 10-cu dəqiqədə hesabı açan Mbappe zədələnərək 36-cı dəqiqədə meydanı tərk edib.

Bütün xəbərlər Facebook səhifəmizdə