Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri bəlli olub

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalda üz-üzə gələcək komandalar bəlli olub.

SİA xəbər verir ki, bu mərhələyə vəsiqə əldə edən son kollektiv MOİK-i 3:1 hesabı ilə məğlub edən “Sumqayıt” olub.

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri:

“Səbail” – “Qarabağ”

“Araz-Naxçıvan” – “Zirə”

“Kəpəz” – “Neftçi”

“Sabah” – “Sumqayıt”

Qeyd edək ki, bu raundun ilk oyunları fevralın 5-i və 6-da, cavab görüşləri isə 27-i və 28-də təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə