Azərbaycanlı həkim Beynəlxalq Voleybol Federasiyasının Tibb Komissiyasına üzv seçilib

Azərbaycanlı həkim Beynəlxalq Voleybol Federasiyasının Tibb Komissiyasına üzv seçilib

Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi Vüsalə Kazımova Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Tibb Komissiyasına üzv seçilib. Bu barədə SİA-ya AVF-nin mətbuat xidmətindən məlumat verilib.

Bu, FIVB-nin İdarə heyətinin ilk iclasında baş verib. Toplantıda FIVB komissiyalarının 2024-2028-ci illər üzrə tərkibi müəyyənləşib.

Qeyd edək ki, V. Kazımova həmçinin Avropa Voleybol Konfederasiyasının da Tibb Komissiyasının üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə