Azərbaycan təmsilçisi Avropa Kubokunda çıxışını başa vurub

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa Kubokunda çıxışını başa vurub. SİA xəbər verir ki, təmsilçimiz turnirin III mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə cavab matçında üz-üzə gəlib.

Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib - 34:19.

Qeyd edək ki, ötən gün baş tutan ilk görüşdə "Qarabağ" 20:33 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə