Bəhlul Mustafazadə: Qalib gəlməli olduğumuz matç idi

"Meydanda üstün tərəf biz idik. Sadəcə, şanslardan yararlana bilmədik".

SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə UEFA Millətlər Liqasının V turunda Qəbələdə Estoniya yığması ilə qolsuz heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

O, nəticəyə görə məyus olduğunu bildirib: “Qalib gəlməli olduğumuz matç idi. Komanda olaraq məyusuq. Önəmli olan hazırkı vəziyyəti düzəltməkdir. Çox çalışmaq lazımdır. Avropaya uyğunlaşmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi qrupda son görüşünü noyabrın 19-da səfərdə İsveç seçməsinə qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə