“Turan Tovuz” və “Kəpəz”in veteranları arasında yoldaşlıq oyunu keçirilib

“Turan Tovuz” və “Kəpəz”in veteranları arasında yoldaşlıq oyunu keçirilib

“Turan Tovuz” və “Kəpəz”in veteran futbolçuları arasında yoldaşlıq oyunu keçirilib. SİA xəbər verir ki, Tovuz şəhər stadionunda reallaşan matç 5:5 hesablı məhsuldar heç-heçə ilə yekunlaşıb.

Yoldaşlıq görüşü “Turan Tovuz”un çempionluğunun və Azərbaycanı ilk dəfə qitəmiqyaslı yarışda təmsil etməsinin 30 illiyi ilə əlaqədar baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə