“Liverpul” və “Mançester Yunayted” turu qələbə ilə bitirib

“Liverpul” və “Mançester Yunayted” turu qələbə ilə bitirib

İngiltərə Premyer Liqasında XI turun növbəti oyunları keçirilib.

SİA xəbər verir ki, turnir cədvəlinin lideri “Liverpul” doğma meydanda “Aston Villa”nı 2:0, “Mançester Yunayted” isə “Lester”i 3:0 hesabı ilə üstələyib.

Digər oyunlarda “Tottenhem” “İpsviç”ə 1:2 hesabı ilə uduzub, “Nyukasl” isə “Nottinqem Forest”ə 3:1 hesabı ilə qalib gəlib.

Nəticələrdən sonra “Liverpul” 28 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” 23 xalla 2-ci, “Nottinqem Forest” isə 19 xalla 3-cü yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə