Türkiyənin "Qalatasaray" klubunun hücumçusu Mauro İkardinin müqaviləsi dondurula bilər. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna onun ciddi zədə səbəbindən mövsümü erkən başa vurmasıdır.
Klub legioner limiti tələbini qarşılamaq üçün argentinalının müqaviləsində dəyişiklik etməyi düşünür.
İstanbul təmsilçisinin rəhbərliyi qış "transfer pəncərəsi"ndə heyətə yeni hücumçu qatmağı planlaşdırır.
Qeyd edək ki, M.İkardi UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Tottenhem"ə qarşı (3:2) matçında çarpaz bağlarından zədə alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə