Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Fuad Zeynalov 9 illik fasilədən sonra Avropa mükafatçısı olub. SİA xəbər verir ki, idmançımız Yunanıstanın Afina şəhərində keçirilən WAKO Versiyası üzrə Avropa çempionatının “master class” kateqoriyasında 94 kq çəki dərəcəsində vuruşaraq Avropa üçüncüsü məqamına layiq görülüb.
İdmançımız “Kick Light” versiyasında yarım fınal döyüşündə yerli yunan idmançısı olan Pantazıs Stefanos ilə qarşılaşmasında üstünlüyünə baxmayaraq hakimlər tərəfindən əsassız xəbərdarlıqlar verilərək məğlub edilib.
Nəzərinizə çatdıraq ki, yunan idmançısı yarışın qalibi olub.
Fuad Zeynalov bildirib: “Uğurumu bütün şəhidlərimizə həsr edirəm. Azərbaycan Respublikasına xidmət edirəm”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə