Avroliqa: “Fənərbağça” “Partizan”a qalib gəlib

Basketbol üzrə Avroliqada VII tura yekun vurulub. SİA xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbağça” doğma meydanda Serbiyanın “Partizan” komandasını qəbul edib. Görüş İstanbul nəhənginin 89:72 hesablı qələbəsi ilə yekunlaşıb.

Türkiyənin digər klubu “Anadolu Efes” də turu qələbə ilə bitirib. Komanda səfərdə “Alba Berlin”i ( Almaniya) 86:70 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə