"Araz-Naxçıvan"ın qapıçısı ölkəsinin yığmasına dəvət alıb

"Araz-Naxçıvan" klubunun moldovalı qapıçısı Kristian Avram ölkəsinin yığmasına dəvət alıb. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı oyunçu noyabrın 11-dən 20-dək millinin düşərgəsində olacaq.

Qeyd edək ki, Moldova yığması noyabrın 16-da Millətlər Liqasında Andorra ilə qarşılaşacaq. Komanda bundan üç gün sonra Cəbəllütariqlə yoxlama matçında qüvvəsini sınayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə