Qəbələdə təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama görüşünü keçirib. SİA xəbər verir ki, U-15 Qəbələdə hazırlıq keçən Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə ikinci dəfə qarşılaşıb.
Oyun 2:2 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolları 54-cü dəqiqədə Uğur Qurbanlı və 77-ci dəqiqədə penaltidən Əli Bəşirov vurublar.
Qeyd edək ki, komandalar arasında oktyabrın 28-də keçirilən ilk görüşdə Türkiyə yığması 2:0 hesablı qələbə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə