Çimərlik voleybolu üzrə Avropa Kubokunun qalibi olmuş “Azərreyl”in kişi və qadın komandaları ilə görüş keçirilib. SİA xəbər verir ki, çempion komandaları təbrik edən Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov bu qələbənin tarixi uğur olduğunu söyləyib.
O qeyd edib ki, ölkədə çimərlik voleybolunu daha da inkişaf etdirmək üçün federasiya tərəfindən bir sıra işlər və layihələrin həyata keçirilməsi nəzərdə tutulur. AVF rəhbəri çimərlik voleybolçularının qış aylarında da məşqlərini səmərəli keçirmələri üçün lazımi şərait yaradılacağını vurğulayıb. Ş.Bağırov bildirib ki, peşəkar şəkildə çimərlik voleybolu ilə məşğul olmaq istəyən gənc və perspektivli idmançılar təlim-məşqlərə cəlb ediləcəklər.
Daha sonra Ş.Bağırova çempionların imzası olan klubun simvolik forması və top təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə