Oyun təxirə salına bilər

İspaniya Kral Kubokunun ilkin təsnifat mərhələsində keçirilməli olan “Parla” – “Valensiya” oyunu təxirə salına bilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Madrid muxtar vilayətində baş verən güclü qasırğadır.

Valensiya klubunun rəhbərliyi İspaniya Futbol Federasiyasına (RFEF) matçın başqa vaxtda keçirilməsi ilə bağlı məktub göndərib. Hələlik rəsmi cavab gəlməyib. Daha əvvəl görüşün bu gecə Bakı vaxtı ilə saat 00:00-da oynanılması nəzərdə tutulub.

Əlverişsiz hava şəraiti İspaniyanın cənub-şərqində daşqınlara səbəb olub. Güclü yağışlar nəticəsində çaylar məcrasından çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə