Azərbaycanın futzal millisinin Bosniya və Herseqovinada yerli komandaya qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti bəlli olub. Bu barədə SİA-ya Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Baş məşqçi Vitali Borisov 14 futzalçıya dəvət göndərib.
Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Kamran Hacıyev (“Baku Fire")
Oyunçular: Xəzər Ağalızadə, Ülvi Əliyev, Nurlan Məmmədov, Emil Həsənzadə (hamısı “Araz-Naxçıvan”), Tofiq Mikayılov, Oktay Rüstəmli, Murad Quluzadə, Fərid Abbasov (hamısı “Baku Fire”), Seymur Məmmədov, Eldar Zeynalov, Mirzə Əmirov (hamısı “Neftçi” İK), İlham Alıyev (U-19)
Qeyd edək ki, yığma noyabrın 3-dən 6-dək Bosniya və Herseqovinada təlim-məşq toplanışında olacaq. Yoldaşlıq matçları noyabrın 4-də və 5-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə