Azərbaycan badmintonçusu Niderlandda gümüş medal qazanıb

Azərbaycan badmintonçusu Niderlandda gümüş medal qazanıb

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Niderlandın Hertogenboş şəhərində keçirilən “International Challenge” seriyalı “Yonex Dutch Open” beynəlxalq turnirində gümüş medal qazanıb. Bu barədə SİA-ya Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

O, şəxsi yarışda finala kimi irəliləyib. Mübarizəyə 1/16 finaldan başlayan Keişa Hindistan, Danimarka və Bolqarıstan təmsilçilərinə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb.

Keişa qızıl medal uğrunda keçirilən oyunda Malayziya badmintonçusu Kisona Selvaduraya 0:2 (14:21,16:21) hesabı ilə uduzaraq gümüş mükafat əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə