İtaliya A Seriyası: “İnter” - “Yuventus” oyununda 8 qol vurulub

Futbol üzrə İtaliya A Seriyasında IX turun mərkəzi görüşü keçirilib. SİA xəbər verir ki, “İnter” Milanda Turinin “Yuventus” klubunu qəbul edib. Bol qollu keçən matç heç-heçə ilə başa çatıb – 4:4. Bu nəticədən sonra “İnter” 18 xalla ikinci ondan bir xal geri qalan “Yuventus” isə üçüncüdür. Çempionatın lideri 22 xalla “Napoli”dir.

Bütün xəbərlər Facebook səhifəmizdə