Azərbaycan Basketbol Liqası: İkinci turun oyunlarına yekun vurulub

Azərbaycan Basketbol Liqasında II tura yekun vurulub. SİA xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib. "Sabah" "Neftçi"ni 93:75, "Gəncə" isə "Quba"nı 90:62 hesabı ilə məğlub edib.

Turun əvvəlki matçlarında "Naxçıvan" NTD-yə 72:71, "Lənkəran" "Sumqayıt"a 93:71, "Ordu" "Şəki"yə 104:84, "Sərhədçi" isə "Abşeron"a 79:70 hesabı ilə qalib gəlib

Bütün xəbərlər Facebook səhifəmizdə