Azərbaycanın üç bokçusu qələbə ilə başlayıb

Azərbaycanın üç bokçusu qələbə ilə başlayıb

Azərbaycanın üç bokçusu Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında dünya birinciliyinə qələbə ilə başlayıb. Azərbaycan Boks Federasiyasından (ABF) SİA-ya verilən məlumata görə, mundialın ilk günündə millinin 3 idmançısı mərhələ adlayıb.

Qızbəs İsgəndərli (60 kiloqram) 1/16 final mərhələsi çərçivəsində Ayda Kopse (Sloveniya) ilə qarşılaşmalı olsa da, rəqib döyüşə çıxmayıb və boksçumuz qalib elan edilib. O, 1/8 finalda ilk mərhələdən azad olan tunisli Molka Xalifi ilə döyüşəcək.

63,5 kiloqram çəkidə Əli Abdullayev də debütdə qələbə qazanıb. Boksçumuz Skender Laladan (Albaniya) üstün olub – 4:1 (29:27, 29:27, 29:27, 29:27, 27:29). Abdullayev 1/16 finalda rusiyalı Malik Suqaypovla üz-üzə gələcək.

Abbasqulu Şadlinski (75 kiloqram) də 1/32 final görüşünü xeyrinə bitirib. O, Montassar Ben Zidi (Tunis) mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27). Milli üzvü ikinci qarşılaşmasını Giorgi Natroşviliyə (Gürcüstan) qarşı keçirəcək.

Qeyd edək ki, dünya birinciliyi noyabrın 3-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə