"Real Madrid”in futbolçuları Rodriqo Qoes və Tibo Kurtua zədələnib. SİA “Diario AS” nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı hücumçu və 32 yaşlı qolkiper Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Dortmund “Borussiya”sı ilə matçda sıradan çıxıblar.
Hər iki futbolçu La Liqanın 11-ci turunda “Barselona” ilə oyunu buraxacaq.
Qeyd edək ki, paytaxt təmsilçisi ilə kataloniyalılar oktyabrın 26-da, “Santyaqo Bernabeu”da üz-üzə gələcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB