Avropa Kuboku: “Sabah” növbəti oyununu keçirib

"Sabah” basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununa çıxıb.

SİA xəbər verir ki, G qrupunda mübarizə aparan Bakı klubu doğma meydanda İsveçin “Norrçepinq Dolfins” kollektivi ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən matç rəqibin 74:70 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan çempionu daha əvvəl keçirdiyi görüşlərdə “Spiru”ya (Belçika) səfərdə 81:82, “Marussi”yə (Yunanıstan) evdə 70:82 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə