Neymar 1 il sonra meydanlara qayıtdı

“Əl-Hilal”ın hücumçusu Neymar 369 gün sonra ilk dəfə rəsmi oyuna çıxıb. SİA xəbər verir ki, braziliyalı futbolçu Asiya Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun “Əl Ayn”la oyununda 77-ci dəqiqədə əvəzetmədən meydana daxil olub. Futbolçu son oyununu 2023-cü il oktyabrın 18-də Braziliya millisinin heyətində 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində Uruqvaya qarşı (0:2) keçirib. İlk yarıda ön çarpaz bağından zədə alıb və menisküsü yırtılıb. Daha sonra forvard cərrahiyyə əməliyyatı keçirib, Reabilitasiya tam bir il davam edib.

Qeyd edək ki, görüş “Əl-Hilal”ın 5:4 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə