"Fənərbaxça" - "Mançester Yunayted" oyununun biletləri satışa çıxarılıb

UEFA Avropa Liqasında "Fənərbaxça"nın "Mançester Yunayted"i qəbul edəcəyi matçın biletləri satışa çıxarılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, UEFA Avropa Liqasının 3-cü həftəsində "Fənərbaxça" İngiltərə futbolunun köklü komandalarından olan "Mançester Yunayted"i qəbul edəcək.

24 oktyabr cümə axşamı günü Ülker Stadionunda oynanılacaq qarşılaşma Türkiyə saatı ilə 22:00-da başlayacaq. "Fənərbaxça" - "Mançester Yunayted" matçlarının bilet satışı ilə bağlı sarı-göylü klubdan açıqlama verilib.

Bildirilib ki, "Fənərbaxça" - "Mançester Yunayted" matçının biletləri oktyabrın 21-də Ali Şuraya, Konqres üzvlərinə və Nümayəndə üzvlərinə, oktyabrın 22-də "Fənərbaxça" Kart sahiblərinə və "Fenercell" abunəçilərinə, 23 oktyabrda isə geniş ictimaiyyətə satışa təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə