Flik Yamalın İspaniya millisində aldığı zədədən danışıb

Flik Yamalın İspaniya millisində aldığı zədədən danışıb

..."Barselona"nın baş məşqçisi Hans-Diter Flik Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunun İspaniya - Danimarka matçında (1:0) mavi qranatlı cinah oyunçusu Lamin Yamalın aldığı zədəsindən danışıb.

...Mən İspaniya millisinin baş məşqçisinə Yamalı Serbiya ilə ikinci oyunda oynamağa məcbur etmədiyi üçün təşəkkür edirəm. Lamin yaxsidi. Federasiyadan Lamini qaytarmağı xahiş etməmişik. Başa düşürəm ki, bu, məşqçi üçün çətin qərardır, çünki mən özüm milliyə rəhbərlik etmişəm. Lamin ölkəsi üçün oynamaqdan şərəf duyur. Milli komandanın məşqçisi hər şeyi düzgün etdi.

SİA-nın əldə etdiyi məlumata görə, Sport.es bunu Flick-dən sitat gətirir.

Xatırladaq ki, Danimarka ilə oyundan sonra "Barselona"ya qayıdan hücumçu Serbiya ilə oyunda (3:0) yer almayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə