Azərbaycan Basketbol Liqasının ilk turunda “Gəncə” “Lənkəran”ı məğlub edib. SİA-nın məlumatına görə, B qrupunda yer alan bölgə təmsilçilərinin Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüşü “Gəncə” komandasının qələbəsi ilə yekunlaşıb - 90:75.
Qeyd edək ki, I tura oktyabrın 20-də yekun vurulacaq. Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB