“Ferrari” komandasının almaniyalı sabiq pilotu Mixael Şumaxerin idarə etdiyi bolid hərraca çıxarılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 55 yaşlı pilot sözügedən avtomobili dünya çempionatının onun üçün son mövsümündə idarə edib.
Bildirilir ki, Şumaxer bu avtomobillə 2006-cı ildə yarışda iştirak edib və beş yarışda qalib gəlib.
Hərrac noyabrın 14-də Nyu-Yorkda keçiriləcək. Yarış avtomobilinin 15 milyon dollara satıla biləcəyi ehtimal edilir.
Qeyd edək ki, M.Şumaxer 1996-cı ildən 2006-cı ilə qədər “Ferrari” komandasında çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB