Azərbaycan Basketbol Liqası: "Naxçıvan" mövsümə qələbə ilə başlayıb

Azərbaycan Basketbol Liqası: "Naxçıvan" mövsümə qələbə ilə başlayıb

Azərbaycan Basketbol Liqasında 2024-2025-ci illər mövsümünə start verilib.

SİA xəbər verir ki, açılış oyununda ölkə kubokunun son qalibi "Neftçi" ilə "Naxçıvan" komandaları üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan qarşılaşma ikincilərin 84:79 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun digər oyunları 19-20 oktyabrda reallaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə