"Mingəçevir reqatası-2024” beynəlxalq turnirinin bağlanış mərasimi keçirilib

Avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinin bağlanış mərasimi keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq yarışın sonuncu günündə medal qazanan idmançılar mükafatlandırılıblar.

Azərbaycan 24 medalla ən çox mükafat əldə edən komanda olub. Yığma üzvlərinə kayak-kanoe və akademik avarçəkmə üzrə xüsusi mükafat verilib.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri turniri 24 medalla başa vurublar. Yarışda 12 ölkədən 100-dək avarçəkən iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə