Azərbaycanın II Liqasında "Ayın qolu" layihəsinin ilk qalibi mükafatlandırılıb - FOTO

Azərbaycanın futbol üzrə II Liqasında “Ayın qolu” layihəsinin ilk qalibi “Dinamo” futbol klubunun üzvü Valeh Seyidov mükafatlandırılıb. SİA xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı VII turun “Dinamo” – “Saatlı-Araz” görüşündən əvvəl qurumun Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə