Messi tarixin ən yaxşı futbolçusu seçildi

İspaniyanın “Marca” nəşri futbol tarixinin ən yaxşı futbolçularının adlarını açıqlayıb. SİA xəbər verir ki, siyahının birinci pilləsində Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun ulduz oyunçusu Lionel Messi yer alıb.

İkinci pillədə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı üzvü Kriştianu Ronaldo qərarlaşıb. İlk “üçlük”də isə braziliyalı əfsanəvi hücumçu Pele var. Bununla da L.Messi “Marca” nəşri tərəfindən mükafata layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə