Mbappenin ətrafı nələri AÇIQLADI?

"Real"ın və Fransa millisinin hücumçusu Kilian Mbappenin nümayəndələri ona qarşı təcavüz faktı ilə bağlı rəsmi şikayət verildiyini bildiriblər. SİA xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Kilian Mbappenin ətrafı hesab edir ki, Fransa millisinin kapitanı Stokholmda daxil olan şikayətin obyekti olub. Buna baxmayaraq, oyunçunun komandası uzun müddət davam edəcək məhkəməni gözləyərək sakitliyini qoruyur.

Xatırladaq ki, “Real”ın futbolçusunun vəkili Mari-Aliks Kanu-Bernard Mbappenin ona qarşı irəli sürülən ittihamlarla bağlı tamamilə günahsız olduğunu bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə