Azərbaycanın U-21 millisi İngiltərəyə uduzub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb. SİA xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu yığma İngiltərə komandası ilə üz-üzə gəlib.

Bristol şəhərində yerləşən “Eşton Qeyt” stadionunda keçirilən görüş rəqibin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra Azərbaycan seçməsi 3 xalla qrupu 6-cı pillədə başa vurub. İngiltərə yığması isə 25 xalla qrup birincisi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə