UEFA Millətlər Liqasında IV tura bu gün keçiriləcək 8 oyunla yekun vurulacaq. SİA xəbər verir ki, qarşılaşmalar A və C liqalarında keçiriləcək.

A Liqasının I qrupunda Şotlandiya evdə Portuqaliyanı qonaq edəcək. Bu liqanın IV qrupunda isə İspaniya yığması doğma meydanda Serbiya ilə üz-üzə gələcək.

UEFA Millətlər Liqası

IV tur

15 oktyabr
A Liqası

I qrup
22:45. Polşa - Xorvatiya
22:45. Şotlandiya - Portuqaliya
Xal durumu: Portuqaliya - 9, Xorvatiya - 6, Polşa - 3, Şotlandiya - 0.

IV qrup
22:45. İsveçrə - Danimarka
22:45. İspaniya - Serbiya
Xal durumu: İspaniya - 7, Danimarka - 6, Serbiya - 4, İsveçrə - 0.

C Liqası
II qrup
22:45. Litva - Rumıniya
22:45. Kosovo - Kipr
Xal durumu: Rumıniya - 9, Kosovo - 6, Kipr - 3, Litva - 0.

III qrup
22:45. Belarus - Lüksemburq
22:45. Şimali İrlandiya - Bolqarıstan
Xal durumu: Belarus - 5, Bolqarıstan - 5, Şimali İrlandiya - 4, Lüksemburq - 1.

Qeyd edək ki, Millətlər Liqasında V tura noyabrın 14-də start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə