2026-cı ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək

2026-cı ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək. Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Beynəlxalq Cüdo Federasiyası və ACF arasında müvafiq razılıq əldə edilib.

Los Anceles-2028 Yay Olimpiya Oyunları üçün lisenziya yarışlarına Bakıda keçiriləcək mundialla start veriləcək.

Qeyd edək ki, 2018-ci ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə