“Şimal” komandası futbol üzrə Azərbaycan Kubokunda növbəti mərhələyə yüksəlib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Siyəzən şəhərində keçirilən kubok qarşılaşmasında II Liqada mübarizə aparan “Şimal”(Xaçmaz) və “Qusar”(Qusar) komandaları üz-üzə gəlib. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Adını II təsnifat mərhələsində yazdıran Xaçmaz təmsilçisi “MOİK”in rəqibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə