"Abşeron" Azərbaycan Basketbol Liqasının debütantına uduzub

"Abşeron" basketbol komandası növbəti yoxlama oyununda məğlub olub. SİA xəbər verir ki, rəqib Azərbaycan Basketbol Liqasında ilk dəfə çıxış edəcək "Ordu" kollektivi olub.

Qarşılaşma debütantın qələbəsi ilə bitib - 83:77.

Qeyd edək ki, "Abşeron" daha əvvəl yoxlama matçında "Naxçıvan" və "Gəncə"yə qalib gəlib. Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə