Azərbaycanın basketbol klubları hazırlıq oyununda üz-üzə gəliblər

Azərbaycan Basketbol Liqasında çıxış edən "Naxçıvan" və "Sumqayıt" komandaları hazırlıq oyununda üz-üzə gəliblər. SİA xəbər verir ki, qarşılaşma Memarlıq və İnşaat Universitetin idman zalında gerçəkləşib.

Matç Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 90:74.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə