Estoniya - Azərbaycan oyunuöncəsi açıq məşqlər və mətbuat konfranslarının vaxtı

UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Estoniya - Azərbaycan oyunundan öncə təşkil olunacaq açıq məşqlər və mətbuat konfranslarının vaxtı müəyyənləşib. SİA AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 10-da, yerli vaxtla saat 17:15-də baş məşqçi Fernandu Santuşun mətbuat konfransı gerçəkləşəcək.

Saat 18:00-da isə yığmanın açıq məşqçi baş tutacaq. Rəqibin baş məşqçisinin mətbuat konfransı 10:45-də, açıq məşqi isə 11:15-də olacaq.

Qeyd edək ki, Estoniya - Azərbaycan matçı oktyabrın 11-də, Tallin şəhərindəki “Lilekulla” stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə