Millimizin Şimali İrlandiya və İngiltərə ilə oyunlar üçün heyəti açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və İngiltərə yığmalarına qarşı keçiriləcək səfər oyunlarının heyəti müəyyənləşib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, oktyabrın 7-də təlim-məşq toplanışına yığışacaq U-21 oktyabrın 12-də, Bakı vaxtı ilə saat 18:00-da Belfastda Şimali İrlandiya, oktyabrın 15-də, saat 22:30-da isə Bristolda İngiltərə seçməsi ilə qarşılaşacaq. F qrupunda yer alan komandamız oktyabrın 8-də Şimali İrlandiyaya yola düşəcək.

U-21-ə dəvət edilən futbolçuların adlarını diqqətinizə çatdırırıq:

1. Rəvan Kazımov – "Neftçi"
2. Xəyal Fərzullayev – "Sumqayıt"
3. Rüstəm Samiqullin – "Neftçi"
4. Süleyman Damadayev – "Qəbələ"
5. Seymur Məmmədov – "Sabah"
6. Emin Rüstəmov – "Səbail"
7. Cəlal Hüseynov – "Arda Kardzali" (Bolqarıstan)
8. Eşqin Əhmədov – "Qəbələ"
9. Abdulla Rzayev – "Sabah"
10. Rüfət Əhmədov – "Turan Tovuz"
11. Rüfət Abbasov – "Şamaxı"
12. Mahir Həsənov – "Kəpəz"
13. Qurban Səfərov – "Şamaxı"
14. Mirəli Əhmədov – MOİK
15. Rauf Rüstəmli – "Şamaxı"
16. Emil Səfərov – "Neftçi"
17. Xəyal Əliyev – "Sabah"
18. Murad Vəliyev – "Nomme United" (Estoniya)
19. Fərid Yusifli – "Turan Tovuz"
20. Şahin Şahniyarov – "Qəbələ"
21. Zeynəddin Abdurahmanov – "Cəbrayıl"
22. Samir Məhərrəmli – "Cəbrayıl"
23. Nəriman Axundzadə – "Qarabağ"
24. Samir Abdullayev – "Səbail"
25. Ağadadaş Salyanskiy – "Neftçi"

Bütün xəbərlər Facebook səhifəmizdə