"Sabah" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib

Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

SİA xəbər verir ki, ikinci oyun günündə "Sabah" və "Araz-Naxçıvan" komandaları üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.

Günün ikinci matçında “Səbail” “ASCO Arena”da “Şamaxı”nı 2:0 hesabı ilə məğlub edib.

"Araz-Naxçıvan" 17 xalla 2-ci, "Sabah" isə 15 xalla 5-ci pillədə qərarlaşıb.

"Şamaxı"ya qalib gələn "Səbail" 7 xalla 7-ci yerdədir. Bölgə təmsilçisi isə 12 xalla 6-cı sıradadır.

Turun açılış matçında “Kəpəz” Tovuzda “Neftçi”yə 4:3 hesabı ilə qalib gəlib. Tura oktyabrın 6-da keçiriləcək 2 oyunla yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə