Çimərlik futbolu üzrə Azərbaycan millisindən növbəti darmadağın

Çimərlik futbolu üzrə Azərbaycan millisindən növbəti darmadağın

Çimərlik futbolu üzrə Azərbaycan millisi İspaniyanın Kadis şəhərində keçirilən dünya çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb. SİA xəbər verir ki, A qrupunda mübarizə aparan yığma Gürcüstanla üz-üzə gəlib. Qarşılaşma Azərbaycan seçməsinin 7:2 hesablı qələbəsi ilə başa çatıb.

Sahib Məmmədovun rəhbərlik etdiyi kollektiv ilk turda İngiltərəni 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi qrupda son oyununu oktyabrın 7-də İspaniyaya qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə