İngiltərə çempionatının komandalarından olan "Hall Siti"nin Antalyaya düşərgə üçün gələcəyi bildirilir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, klubdan verilən məlumata görə, türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu komanda oktyabrın 7-də təlim-məşq toplanışı və yoldaşlıq oyunu üçün şəhərə gələcək.
Oynanacaq yoldaşlıq görüşündən əvvəl oktyabrın 10-da saat 17.00-da "Hall Siti"nin prezidenti Ilıcalı, sədr müavini Tan Kesler, komandanın baş məşqçisi Tim Valter və futbolçuların iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə