Konfrans Liqasında əsas mərhələyə iki oyunla start verilib

UEFA Avropa Konfrans Liqasında əsas mərhələyə start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Türkiyənin “Başakşəhər” komandası doğma meydanda Avstriya təmsilçisi “Rapid”lə (Vyana) üz-üzə gəlib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər görüşündə isə Portuqaliyanın “Vitoriya Gimaraynş” klubu Sloveniyanın “Tselye” kollektivini 3:1 hesabı ilə üstələyib.

Konfrans Liqasının digər oyunları oktyabrın 3-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə