"Lənkəran" klubu bir basketbolçu ilə yollarını ayırıb

“Lənkəran” klubu bir basketbolçu ilə yollarını ayırıb. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, türkiyəli Çınar Çakmakın zədə səbəbindən bu mövsüm komandaya kömək edə bilməyəcəyi bəlli olub.

Bu səbəbdən 18 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 193 sm boya malik hücumçu ilə müqavilə 1 illik nəzərdə tutulmuşdu. Çınar Çakmak Türkiyənin “Cedi Osman Akademiyası” komandasından “Lənkəran”a qoşulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə