AVF rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin koordinatoru Nərgiz İsmayılova Çempionlar Liqasının oyununa təyinat alıb. AVF-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, N.İsmayılova kişi voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin II raundunun “Şönenverd” (İsveçrə) - “CSM Korona" (Braşov, Rumıniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Görüşü niderlandlı Helena Qeldof və ispaniyalı Karlos Alberto Robles Qarsiya idarə edəcəklər.

Qeyd edək ki, oyun bu gün İsveçrənin Şönenverd şəhərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə